
Xəbər verdiyiniz kimi, Fevralın 6-da episentri Kahramanmaraş olan zəlzələlər 11 vilayətdə böyük dağıntılara səbəb olub. Çoxlu binaların dağıldığı şəhərlərdə minlərlə insan həyatını itirib.
Zəlzələdən sonra bölgəyə gedərək vətəndaşlara kömək etməyə çalışan məşhurlar içərisində müğənni Suavi və həyat yoldaşı Gönül Sayqan da var.
32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, zəlzələdən zərər çəkən uşağa himayədar ailə olmaq üçün müraciət ediblər.
Araşdırmalardan sonra cütlüyün himayədar ailə olmaq istəyi rədd edilib.
"Tvitter" hesabında mənfi qərar verilməsini qınayan Gönül Sayqan, “Suavinin 70 yaşı olduğu üçün bizə himayədar ailə olmaqdan imtina verdilər. 70 yaşlı dedikləri adam hələ də zəlzələ bölgəsində 20 saat işləyir.
Biz o uşaqlara gül kimi baxırıq.
Bizim üçün olan əngəli qaldırın. Biz fikrimizdə qətiyik" - deyə o bildirib.
Ayxan