
28 yaşlı amerikalı keçmiş MMA döyüşçüsü və kikboksçu Dueyn Herell Jr, 24 yaşlı keçmiş sevgilisi İren Torresi 17 bıçaq zərbəsi ilə öldürüb.
32gun.az xarici KİV-ə istinadən bildiror ki, Dueyn əvvəllər mübahisə etdiyi keçmiş sevgilisini evinin qarşısında işdən gəlməsini gözləyib.
Sevgilisini yaşadıöı mənzilin qarşısında dəfələrlə bıçaqlayaraq öldürdükdən sonra onun meyitini maşına qoyub öz evinə aparıb. Daha sonra o meyiti qarderobda gizlədib.
Dueyn iz itirmək üçün sevgilisinin qanlı paltarlarını və əşyalarını torbaya qoyub, sonra zibil qutusuna atıb.
Qızlarının işdən qayıtmadığını görən İrenin valideynləri evin təhlükəsizlik görüntülərini yoxlayıblar.
Qızının Dueyn tərəfindən sürükləndiyini görən atası onun evinə gedib.
Dueyn əvvəlcə sevgilisinin atasına qızının otelə getdiyini deyib, daha sonra isə qətli etiraf edib. Dueyn məhkəmə qarşısına çıxacaq.
Ayxan