
Belçikada bir şirkətdə işə başlayan qadın irsi xəstəlik səbəbiylə dişlərinin görünüşü üçün ilk iş günündə işdən çıxarılıb.
32un.az xarici KİV-ə istinadn bildirir ki, adı açıqlanmayan 35 yaşlı qadın işçi 2 il əvvəl sığorta brokeri firmasına iş üçün müraciət edib.
Kovid-19 epidemiyası davam etdiyi və epidemiya səbəbindən diş müalicəsi gecikdiyi üçün işə qəbul üçün müsahibəyə gedən qadın tibbi maska taxmalı olub. Lakin sonradan rəhbərlikdən bir nəfər ilk iş günündə qadının dişlərini görüb.
Həmin gün qadından öz razılığı ilə işdən çıxması və bir daha işə gəlməməsi barədə sənəd imzalaması tələb olunub.
35 yaşlı qadın ayrı-seçkiliyə qarşı mübarizə aparan UNIA-ya müraciət edib. UNIA qadının işəgötürəni ilə bir neçə görüş istəyib, lakin bu tələblər rədd edilib.
Buna görə də qadın iə götürən şəxslə bağlı məhkəməyə müraciət edib.
Məhkəmə zamanı işəgötürən qadının iş müsahibəsi zamanı həyati məlumatları gizlətdiyini və aqressiv davranışlar sərgilədiyini iddia edib.
Hakim işəgötürənin təzminat kimi 6 aylıq ümumi əmək haqqının ödənilməsi və insanların görünüşünə, əlilliyinə və ya xəstəliyinə görə bir daha ayrı-seçkiliyə yol verməməsi barədə qərar verib.
AYxan