
Türkiyəli iş adamı Əli Ağaoğlunun söylədiyi fikirlərlə yenidən gündəm olub.
32gun.az bildirir ki, Odatv-yə danışan Ağaoğlu İstanbuldakı tikinti ehtiyyatını ən yaxşı bilən 3 nəfərdən biri olduğunu iddia edərək, bunları deyib:
"Təəssüflər olsun ki, o dövrdə İstanbuldakı tikinti materialları bu gün istifadə oluna bilməyən materiallar idi. Qum dənizdən gəlirdi. Həmin qumun da yarı midiya qabığı, yarı lil idi. Onunla tikinti işləri aparılırıdı. O vaxt dəmirə ehtiyac sənədi alırdılar, Karabükdə 6 ay yük maşını növbəsini gözlənilirdi.
Dəmirlər ən qalın 12 dəmir idi, düzəldəndə də qırılırdı. Bu, 60-70-80-ci illərdə idi. O vaxt tikinti ilə məşğul deyildim, atamın yanında idim. Atam da tikinti ilə məşğul idi, tikinti materialları tədarükçüsü idi.
Bu, özəl tikililər istisna olmaqla, o dövrdə tikilən tikintilərdə istifadə olunan material idi. 99 faiz belə olub, kim edibsə, belə edib”.
Qeyd edək ki, Əli Ağaoğlu bundan öncə 17 Avqust 1999-cu il zəlzələsinin 10-cu ildönümündə İstanbulun mənzil quruluşu ilə bağlı "Referans Gazetesi"nə açıqlama verərək,
“Bacardığım qədər qışqırıram. Bunu İstanbulda mənzil inşaat sektorunu ən yaxşı bilən adlardan biri kimi deyirəm. Mövcud bina fondunun 70 faizi zəlzələ üçün təhlükəsiz deyil.
1970-ci illərdə İstanbulun Anadolu tərəfində tikilən binaların əksəriyyətinə tikinti materiallarını satdım. Mərmərə dənizindən qumları, qırıntıdan dəmiri çəkdik. O dövrün şəraitində ən yaxşı material idi. Tək biz yox, bütün şirkətlər eyni şeyi edirdi. Zəlzələ olsa, heç ordu İstanbula girə bilməz, ölənin bəxti gətirib”- deyə bildirib.
Ayxan