SOSIAL ÖZ XƏBƏR

Göygöl icra hakimiyyətinin balansındakı birlik məhkəməlik oldu

Göygöl Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi məhkəməlik olub. 

32gun.az bildirir ki, sözügedən birliyin barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə (Yol Hərəkəti Qaydalari Əleyhinə Olan Inzibati Xətalar) protokol hazırlanıb. 

Hazırlanmış protokol Göygöl rayon Məhkəməsinə təqdim edilib. 

Qeyd edək ki, Göygöl Rayon Mənzil-Kommunal Təsərrüfatı və İstehsalat Birliyi Göygöl Rayon İcra Hakimiyyəti Başçısının 22 noyabr 2004-cu il tarixli, 91 saylı Sərəncamına əsasən yaradılıb. 
Birlik tabeliyində Yaşıllaşdirma Sahəsi,Təmizlik Sahəsinin rəhbərlik orqanı kimi, hüquqi şəxs hüquqlarından istifadə edir, müstəqil balansa, bank hesablarına və digər hesablara malik olub, qismən büdcədən maliyyələşdirilməklə, təsərrüfat hesabı əsasında fəaliyyət göstərir, öz işində və  Göygöl Rayon İcra Hakimiyyətinə tabedir.

Birliyin rəisi  Səfyar Uğuruyev  Yadigar oğludur. 

Oxşar Xəbərlər