
Dənizli şəhərində dəhşətli hadisə baş verib.
32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, lisey şagirdi 16 yaşlı K.G təcili yardım sürücüsü işləyən atası 60 yaşlı Hakan G.-ni tüfənglə vuraraq öldürüb.
Məlumatda bildirilir ki, ata qız arasında anası üstündə mübahisə düşüb.
Belə ki, təcili yardım maşını sürücüsü Hakan G.-nin həyat yoldaşı Buldan Dövlət Xəstəxanasında tibb bacısıdır və hadisə zamanı qadın növbətçi olub.
Hakan G.-nin boşanmaq istəyən həyat yoldaşını ölümlə hədələdiyi və buna görə də mübahisə etdikləri oğlunu davamlı olaraq döydüyü iddia edilib.
Hadisə zamanı silah səsini eşidib aşağı düşən K.G.-nin böyük bacısı əsəb sarsıntısı keçirib.
Hadisə yerin təcili yardım və polis əməkdaşları gəlib. Səhiyyə əməkdaşlaı Hakan G.-nin dünyasını dəyişdiyini qeyd edib. Kişinin meyiti morqa aparılıb. Polis isə atasını güllələyən K.G-ni saxlayıb. İstintaq davam edir.
Ayxan