DÜNYA ÖZ XƏBƏR

Ukrayna Rusiya ilə daha bir müqaviləni LƏĞV ETDİ

Ukrayna parlamenti Moskva ilə bağlanan daha bir müqaviləni ləğv edib.

32gun.az xəbər verir ki, bu barədə ukraynalı deputat məlumat verib.

Belə ki, ləğv edilən müqavilə Azov dənizi və Kerç boğazından istifadə sahəsində əməkdaşlıq müqaviləsidir.

2003-cü ildə Kiyev və Moskva tərəfindən imzalanan saziş, Ukrayna və Rusiya bayraqları altında gəmilərin sərbəst hərəkətini, o cümlədən naviqasiya, onun tənzimlənməsi, həmçinin balıqçılıq və dəniz mühitinin mühafizəsi sahəsində birgə fəaliyyətləri nəzərdə tuturdu.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər