Türkiyə Futbol Federasiyasının (TFF) Peşəkar Futbol İntizam Şurası (PFDK) qərarlarını açıqlayıb.
32gun.az xəbər verir ki, şuranın qərarları əsasında bir neçə nəfərə cərimə tətbiq olunub:
"Qalatasaray"ın argentinalı futbolçusu Mauro İkardiyə 150 min TL;
"Beşiktaş"ın prezidenti Əhməd Nur Çebiyə 21 gün hüquqdan məhrumetmə və 50 min TL;
"Mediol Başakşehir"in baş məşqçisi Emre Belözoğluna 4 matçlıq qadağa;
"Qalatasaray"ın prezidenti Dursun Özbekə 21 gün hüquqdan məhrumetmə və 50 min TL cəza müəyyən edilib.
Nurlan Şiraliyev