İDMAN
Hacı Əliyev 4-cü dəfə Avropa çempionu oldu
Azərbaycan güləşçisi Hacı Əliyev Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında final görüşünə çıxıb.
32gun.az xəbər verir ki, titullu idmançı həlledici qarşılaşmada Bolqarıstan idmançısı Ramazan Ramazanovla üz-üzə gəlib.
Hacı Əliyev bu qarşılaşmadan qalib ayrılıb. O, 4-cü dəfə qitənin ən güclüsü adına layiq görülüb.