" Körpü Tunel Tikinti " MMC məhkəməyə verib.
32Gun.az-ın məlumatına görə, iddia əmək mübahisələrindən əmələ gələn öhdəliklər üzrə qaldırılıb.
Müraciəti isə MMC-nin əməkdaşı edib. Belə ki, Verdiyev Fərmail Şakir oğlu MMC-dən əmək haqqını tələb edir.
İşə Bakı Apellyasiya Məhkəməsinin hakimi Fuad Abdıyevin sədrliyi ilə baxılacaq.
Bildirək ki, nizamnamə kapitalı 7179107.94 AZN olan şirkətin qanuni təmsilcisi Javad Talıbovdur.
Ayxan