ÖZ XƏBƏR

Lüks oteldə milyon dollarlıq oğurluq edildi

ABŞ-nin Kaliforniya ştatının Beverli Hills şəhərindəki lüks oteldən 1,8 milyon dollarlıq oğurluq edilib.

32gun.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə oteldə qalan braziliyalı cütlüyün təxminən 1,8 milyon dollar dəyərində zinət əşyaları, aksessuarlar, geyimlər və saatlar oğurlanıb.

Moda tədbiri üçün şəhərə gələn braziliyalı cütlüyün əşyalarını oğurlamaq üçün qaldıqları "The Peninsula Beverly Hills" adlı otelə gedən Cobson Marangoni De Kastronun otel işçisini aldatdığı iddia edilib.

Oğurlanan əşyalar arasında təxminən 5 min dollar dəyərində 5 çamadan, 1000 dollarlıq əl çantası, 200 min dollarlıq brilyant boyunbağı, 89 min 400 dollarlıq saat, 14 min dollarlıq paltar, 285 min dollar dəyərində geyim və ayaqqabı və pasport olub.

Oğurluqdan 7 gün sonra Mayamiyə uçduğu iddia edilən De Kastron oğurladığı malları satmaq üçün instaqramda elan verib.

Şübhəli şəxs Los-Anceles hava limanında tutularaq həbs edilib.

Faktla bağlı cinayət işi açılıb. 

Aysel Şirinova

Oxşar Xəbərlər