DÜNYA ÖZ XƏBƏR

Aİ Rusiyaya çağırış ETDİ

Avropa İttifaqı (Aİ) Komissiyasının sözçülərindən Peter Stano prezident Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putinin görüşü həmçinin Qara Dəniz Taxıl Sazişi ilə bağlı Aİ-nin gözləntilərinə dair sualı cavablandırıb.

32gun.az xəbər verir ki, Rusiyadan iyulun 17-də geri çəkildiyi razılaşmaya qayıtmasını və Ukrayna taxılının dünya bazarlarına çıxarılmasına mane olan hücumları dayandırmasını gözlədiyini ifadə edən Stano sözlərini belə davam etdirib:

"Rusiya Ukrayna taxılının dünya bazarlarına çıxarılması üçün ən münasib marşrutu bağlayır. Bu, qəbuledilməzdir. Rusiya eyni zamanda hazırda liman infrastrukturlarına, taxılın Ukraynadan çıxması üçün alternativ yollara hücum edir. Bu, Rusiyanın hərəkətlərinin çirkin tərəfini göstərir. Onlar bir tərəfdən qlobal qiymətləri qaldırır, öz ixracatını artırır digər tərəfdən külli miqdarda gəlir əldə edirlər. 

Aİ-nin Rusiyanın ixracatına mane olması ilə bağlı açıqlamalar dezinformasiya, manipulyasiya və yalandır. Biz Rusiyanı Qara Dəniz Taxıl Sazişinə yenidən qoşulmağa çağırırıq”.

Aysel Şirinova

Oxşar Xəbərlər