DÜNYA ÖZ XƏBƏR

Zooparkda DƏHŞƏTLİ HADİSƏ: Kərgədan baxıcısını ÖLDÜRÜB

Zooparkda kərgədanın ağır yaraladığı gözətçi hadisə yerində dünyasını dəyişib.

32gun.az xəbər verir ki, hadisə Avstriyanın Zalsburq şəhərində baş verib. Kərgədanın 33 yaşlı qadın qulluqçuya gündəlik qulluq və təmizlik işləri apararkən hücum etdiyi bildirilib. 

Açıqlamada qadın heyətə kömək etməyə gələn 34 yaşlı kişi baxıcının da kərgədan hücumuna məruz qalaraq yaralı halda xəstəxanaya yerləşdirildiyi bildirilib.

Zooparkın direktoru Sabine Grebner 1,8 ton ağırlığındakı kərgədana həşəratlara qarşı krem tətbiq edilərkən hücuma məruz qaldığını və bu prosesin hər gün edilən adi bir məşq olduğunu qeyd edib.

Aysel Şirinova

 

Oxşar Xəbərlər