HADİSƏ

"Xarici kəşfiyyata casusluq edən 5 nəfər saxlanılıb" - DSX

Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədilə xarici xüsusi xid­mət orqanları ilə əlaqədə şübhəli bilinən 5 nəfər, məxfi əməkdaşlığa cəlb olunmuş 1 nəfər müəyyən edilib.

32gun.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) 2021-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsi qeyd olunub.

Bildirilib ki, 2021-ci il ərzində 3 ton 57 kiloqram 111 qram narkotik vasitənin, 131 milyon 52 min 393 manat dəyərində qaçaqmalın dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınmış, 15 ton 408 kq narkotik xassəli bitki məhv ediib.

Oxşar Xəbərlər