İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Dövlət Nəzarət Xidməti "Sun Tea Çay Fabriki" MMC-ni məhkəməyə verib.
32gun.az xəbər verir ki, məhkəmə çəkişməsi vergi məsələləri ilə bağlıdır.
İş hazırda apellyasiya mərhələsindədir. Şikayəti MMC-nin verdiyi bildirilir.
İşə Bakı Apellyasiya Məhkəməsində hakim Mirzə Tağızadənin sədrliyi ilə baxılacaq.
Antiinhisar və İstehlak Bazarına Dövlət Nəzarət Xidmətinin şirkəti vergi məsələlərinə görə məhkəməyə verməsi maraqlıdır.
Vergi məsələləri Dövlət Vergi Xidmətinin kompetensiyasında deyil. Antiinhisar və İstehlak Bazarına Dövlət Nəzarət Xidməti aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:
Antiinhisar nəzarəti
Təbii inhisar və dövlət inhisarı
Haqsız rəqabət
Reklam fəaliyyəti
İstehlakçı hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət
Dövlət satınalmaları
Keyfiyyət infrastrukturu
Ehtimal etmək olar ki, Vahid Məhkəmə Portalında işin mahiyyəti ilə bağlı texniki xətaya yol verilib.
"Sun Tea Çay Fabriki" ilə qurum arasındakı məhkəmə çəkişməsi keyfiyyət, reklam fəaliyəti, haqsız rəqabət və s. bu kimi məsələlərlə bağlı ola bilər.
Məsələyə aydınlıq gətirmək üçün Xidmətlə əlaqə saxlamaq cəhdlərimiz səmərə verməyib.
"Sun Tea Çay Fabriki" MMC "Azərsun Holdinq"in tərkibində fəaliyyət göstərir.
Şirkətin nizamnamə kapitalı 3059945 AZN, qanuni təmsilçi Nuriyyə Rəhmanova Damanəli qızıdır.
Holdinq qida məhsullarının istehsalı ilə məşğul olur. Mediada şirkətin məhsullarının keyfiyyəti barədə neqaytiv materiallara rast gəlinir.
Ayxan