İDMAN ÖZ XƏBƏR

Neymar tezliklə azad agent ola bilər

Səudiyyə Ərəbistanının "Əl-Hilal" komandasının braziliyalı hücumçusu Neymar tezliklə azad agentə çevrilə bilər.

Klub onunla müqaviləni 2025-ci ilin yanvarında ləğv etmək istəyir.

32gun.az bildirir ki, bu barədə Braziliyanın "UOL.com.br" saytı məlumat yayıb. 

Neymar 2023-cü ilin yayında 90 milyon avroya Fransanın Paris Saint-Germain klubundan "Əl-Hilala" keçdi, o, yeni komandasında 5 oyun keçirib və bir qol vurmağı bacarıb. 18 oktyabr 2023 -cü ildə Neymar Braziliya millisinin Uruqvayla matçında zədələndi - çarpaz bağları və menisküsü yırtıldı. Onun sağalması üçün təxminən on ay çəkəcəyi gözlənilirdi. Klub oyunçunu 90 milyon avroya alıb və maaşına 160 milyon avro xərcləyir Neymar ötən yay Səudiyyə Ərəbistanı klubuna keçib və onlar üçün cəmi 7 oyun keçirib.

Mənbə iddia edir ki, karyerasını davam etdirmək variantları arasında Neymar məzunu olduğu kluba - hazırda Braziliya ikinci divizionunu təmsil edən "Santos"a üstünlük verir. Bu klub ötən mövsümün sonunda elitadan düşüb.

Ayxan 

Oxşar Xəbərlər