SOSIAL

Rektorun rəhbərlik etdiyi federasiya fəaliyyətini dayandırdı

Naxçıvan Muxtar Respublikası Basketbol Federasiyası fəaliyyətini dayandırıb.

"32gun.az" xəbər verir ki, federasiya bu addımı öz ərizəsi əsasında edib və ləğv olunub.

Qurum 2002-ci ildə yaradılmışdı, 2020-ci il avqustun 20-də federasiyada kadr dəyişikliyi olmuş, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev federasiyanın sədri seçilmişdi.

Qeyd edək ki, Naxçıvanda daha əvvəl bir neçə federasiya fəaliyyətini dayandırıb.

Oxşar Xəbərlər