ÖZ XƏBƏR

Dövlət Gömrük Komitəsinin Mərkəzi Hospitalında 273 min manatlıq satınalma ləğv edilib

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı tərəfindən intensiv terapiya və əməliyyatxana üçün nəzərdə tutulan sərf materiallarının satın alınması məqsədilə keçirilən satınalma proseduru ləğv olunub.

32gun.az xəbər verir ki,, satınalmanın ehtimal olunan qiyməti 273.105,75 AZN təşkil edib. Lakin 19 yanvar 2026-cı il tarixində, saat 15:06-da açıqlanan qərara əsasən, müsabiqə baş tutmayıb.

Ləğv edilmə səbəbi kimi Dövlət satınalmaları haqqında qanunun 36.1.1-ci maddəsi göstərilib. Belə ki, satınalmada iştirak etmək üçün təklifi və tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olub.

Ləğv edilmə mətnində qeyd olunur ki, tender yetərli sayda iştirakçı olmadığı üçün dayandırılıb.

Qeyd edək ki, son aylarda səhiyyə müəssisələri üzrə keçirilən bir sıra satınalma prosedurlarının eyni səbəblə ləğv edilməsi halları müşahidə olunur.  

Ayaz

Oxşar Xəbərlər