ÖZ XƏBƏR
Seçenov Universitetinin Bakı filialı simulyasiya və tibbi avadanlıqların satın alınmasını planlaşdırır
Rusiya Federasiyası Səhiyyə Nazirliyinin Federal Dövlət Muxtar Ali Təhsil Müəssisəsi İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (Seçenov Universiteti) Bakı filialı simulyasiya avadanlıqları, tibbi avadanlıq və simulyasiya avadanlıqlarının sərfiyyat materiallarının satın alınmasını planlaşdırır.
32gun.az xəbər verir ki, ehtimal olunan satınalma qiyməti 169 539,52 AZN təşkil edir.
Satınalma, filialın tədris və təlim prosesində simulyasiya və praktiki təcrübənin keyfiyyətinin artırılması məqsədilə həyata keçiriləcək.
Ayaz