ÖZ XƏBƏR
"Mərkəzi Neftçilər Xəstəxanası” mühafizə xidmətini “TİİM” MMC ilə təmin edəcək
“Mərkəzi Neftçilər Xəstəxanası” Publik Hüquqi Şəxsi 2026-cı il üçün mühafizə xidmətinin satın alınması üzrə tenderin qalibini müəyyən edib.
32gun.az xəbər verir ki, qalib “TİİM” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Təklifin qiyməti 156 900,42 AZN təşkil edib.
Tender çərçivəsində Əməkhaqqı Standartları Tələblərinə (ƏŞT) uyğun olaraq 5 post üzrə 14 mühafizəçi və 1 xidmət rəisi təmin olunacaq.
Ayaz