DÜNYA
"Bayraktar" Rusiyanın zenit-raket kompleksini belə məhv etdi - VİDEO
Ukrayna hərbçiləri Rusiyaya məxsus “Buk” zenit-raket kompleksini məhv edib.
32gun.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnı özünün “Facebook” səhifəsində yazıb.
“Kiyev vilayətinin İvankov kəndi yaxınlığında “Bayraktar TB2” PUA ilə Rusiyanın “Buk” hava hücumundan müdafiə sisteminin məhv edilməsi”, - o, paylaşımında qeyd edib.