DÜNYA

SON DƏQİQƏ! Rusiya Kiyevi "İsgəndər"lə vurdu - ANBAAN VİDEO (YENİLƏNİB)

Rusiya ordusu Ukraynanın paytaxtı Kiyev şəhərinə güclü raket hücumu həyata keçirib.

32gun.az bu barədə RBC-Ukraynaya istinadən xəbər verir.

Raketin atıldığı yer dəqiq müəyyən edilib.

"Kiyevə “İskəndər” ballistik raket hücumu edilib. Dəqiq yer və qurbanlar müəyyənləşdirilir", - daxili işlər nazirinin müşaviri Anton Qeraşenko Telegram-da yazıb.

*** 21:42

Ukraynanın paytaxtı Kiyevdə güclü partlayış olub.

32gun.az xəbər verir, partlayışla bağlı video sosial şəbəkələrdə paylaşılıb. Şahidlərin sözlərinə görə, bu, müharibə başlayan gündən Kiyevdə baş vermiş ən böyük partlayışdır. 

Rəsmi şəxslər tərəfindən hələ ki, partlayışla bağlı heç bir açıqlama verilməyib.

Partlayış anının videosunu təqdim edirik:

Oxşar Xəbərlər