KRİMİNAL

Mingəçevirdə məişət əşyaları belə oğurlandı - ANBAAN GÖRÜNTÜLƏR

Mingəçevirdə yaşayış binasının bloklarının birində oğurluq anı kamerallara düşüb.

32gun.az-ın "Unikal"a istinadən məlumatına görə, hadisə 20 Yanvar küçəsi 14  ünvanında 27 saylı mənzilin bloka çıxış hissəsində baş verib. Mənzil sahibi Vüqar Ələsgərov otaqlarda  təmizlik işləri apardığı  zaman təzə qızdırıcı qurğusunu və tozsoranı mənzildən blokun çıxışı hissəsinə qapısının önünə qoyub. Geri götürmək istəyəndə orada tapmayıb. Kameraya keçirilən baxış zamanı məişət əşyalarının oğurlandığı məlum olub. Oğurluq anı isə anbaan kameralara düşüb.

Ev sahibi oğurluq  faktı ilə bağlı  hüquq-mühafizə orqanlarına müraciət edib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan sorğuya cavab olaraq  bildirilib ki, qeyd olunan məsələ ilə bağlı Mingəçevir Şəhər Polis Şöbəsində araşdırma aparılır.

Ehtiram Muradov

 

 

Oxşar Xəbərlər