
Ofeliya Sənani, Roza Tağıyeva və Rafiq Hüseynovun gənclik illərinə aid aparıcılıq görüntüləri sosial şəbəkələrdə maraq doğurub / VİDEO
Sosial şəbəkələrdə yayılan nostalji video görkəmli televiziya simaları Ofeliya Sənani, Roza Tağıyeva və Rafiq Hüseynovun gənclik illərində aparıcılıq etdiyi dövrlərə aiddir.
32gun.az xəbər verir ki, Kadrlarda hər üç sənətkarın efirdə çıxışı, səlis nitqi və yüksək peşəkarlığı diqqət çəkir.
Klassik efir mədəniyyətini əks etdirən bu görüntülər izləyicilər tərəfindən böyük maraqla qarşılanıb. Şərhlərdə istifadəçilər həmin dövrün televiziya səviyyəsini, aparıcıların savadını və mədəniyyətini yüksək qiymətləndiriblər.
Qeyd edək ki, hər üç sima – xalq artisti Ofeliya Sənani, əməkdar artist Roza Tağıyeva və Xalq artisti Rafiq Hüseynov uzun illər Azərbaycan televiziyasında çalışaraq tamaşaçı yaddaşında silinməz iz qoyublar. Onların səhnə mədəniyyəti və peşəkar təqdimat tərzi bu gün də örnək kimi göstərilir.
Nilay