DÜNYA ÖZ XƏBƏR

Hindistan zəlzələdən zərər çəkən Əfqanıstana humanitar yardım göndərir

Hindistan zəlzələdən zərər çəkmiş Əfqanıstan icmalarına humanitar yardım göndərib.

32gun.az xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Subramaniyam Cayşankar “X” sosial şəbəkəsində məlumat verib.

Nazir bildirib ki, bu gün Hindistandan zəlzələdən zərər çəkən bölgələrə humanitar yardım göndəriləcək, yaxın günlərdə isə əlavə tibbi ləvazimatların çatdırılması planlaşdırılır.

Cayşankar həmçinin qeyd edib ki, o, Əfqanıstanın xarici işlər naziri Mavlavi Amir Xan Muttaqi ilə telefon danışığı zamanı Balx, Samangan və Bağlan vilayətlərində baş vermiş təbii fəlakətlə bağlı başsağlığı ifadə edib. Tərəflər həmçinin ikitərəfli münasibətlərdə əldə olunan irəliləyişləri və xalqlar arasında təmasların artmasını müzakirə ediblər.

Xatırladaq ki, Əfqanıstanın mərkəzi hissəsində baş verən 6,3 bal gücündə zəlzələ nəticəsində son məlumatlara görə, 300-dən çox insan yaralanıb, 20 nəfər isə həyatını itirib. Axtarış-xilasetmə işləri davam edir, dağıntılar altındakı insanların sayı dəqiqləşdirilir.

Oxşar Xəbərlər