DÜNYA ÖZ XƏBƏR

Tramp səkkiz münaqişənin həllini elan edib

ABŞ Prezidenti Donald Trampın yeni açıqlaması diqqət cəkib.

32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, o səkkiz beynəlxalq münaqişəni həll etdiyini, yaxın vaxtlarda isə daha bir qarşıdurmaya son qoyacağını bildirib. 

Bundan əvvəl Vaşinqtondakı “Avrasiya Mərkəzi”nin vitse-prezidenti Erl Rasmussen qeyd edib ki, Tramp bəzi konfliktlərin həllində rol oynasa da, digər gərginliklərin artmasına da səbəb olub. Onun sözlərinə görə, Tramp administrasiyası dövründə İsrail-Fələstin münasibətləri daha da kəskinləşib, İsrailin İranla əlaqələri isə ciddi şəkildə pisləşib. Eyni zamanda, ABŞ lideri hələ də əsas problem sayılan Ukrayna münaqişəsinin həllinə nail ola bilməyib.

3 noyabrda Tramp CBS News-a müsahibə zamanı Dövlət Departamentinin sosial şəbəkə hesabından götürülmüş və “səkkiz ayda səkkiz müharibənin bitdiyi” barədə məlumatın çap olunmuş versiyasını da özü ilə gətirib. O bildirib ki, əvvəllər Rusiya Prezidenti Vladimir Putinlə “yaxşı münasibətləri” səbəbindən Ukrayna münaqişəsini tez həll edəcəyini düşünürdü, lakin bunun göründüyü qədər asan olmadığını anladığını deyib.

Buna baxmayaraq, Tramp yaxın vaxtlarda münaqişəni bir neçə ay ərzində həll edə biləcəyinə əmin olduğunu vurğulayıb.

Ayaz 

Oxşar Xəbərlər