DÜNYA ÖZ XƏBƏR

Balaca it bir ailəni yanan evdən xilas edib

ABŞ-ın Nyu-York ştatında dekorativ cinsə aid olan it yanan evdən bir neçə nəfərin həyatını xilas edib. 32gun.az bildirir ki, bu barədə WABC məlumat yayıb.

Hadisə 9 noyabr bazar günü Lonq-Biç şəhərində Braccano ailəsinin evində baş verib. Yanğın baş verən anda evdə hamı yatmışdı, yalnız “Chase” adlı it oyaq idi.

Cəmi 5,5 kiloqram çəkisi olan iki yaşlı miniatür qoldendudl həyəcanla hürməyə başlayaraq ailə üzvlərini oyadıb. Bu da onların vaxtında evakuasiya olunmasına imkan verib. Əvvəlcə sakinlər səs-küyün oğru tərəfindən yarandığını düşünüblər, lakin daha sonra hürən Chase olduğunu anlayıblar.

Evin 28 yaşlı sakini yanğın zamanı yuxarı mərtəbədə olub və pəncərədən dam örtüyünə çıxaraq xilas olub. Hadisə barədə məlumat alan yanğınsöndürənlər ünvana gələrək yaşlı cütlüyün də evdən çıxmasına kömək ediblər. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Nilay

Oxşar Xəbərlər