
Meksikanın Miçoakan şəhərində küçədə at çapan şəxs yolda avtomobilə çırpılıb.
32gun.az xarici KİV-ə istinadın bildirir ki, avtomobilin sürücüsü hamilə olduğu üçün qəzadan sonra vaxtından əvvəl doğuş riski üzləşib. Bu səbəbdən qadın sürücü xəstəxanaya aparılıb.
Ətrafdakı təhlükəsizlik kamerasının lentə aldığı görüntülərdə atlının yoldakı süni maneədən keçmək üçün sürəti azaldan ağ rəngli avtomobillə toqquşduğu görünüb.
Hadisə ilə bağlı araşdırma başlanıb.
Ayxan