DÜNYA ÖZ XƏBƏR

Vəzifəli şəxs hücuma məruz qaldı - Xəstəxanalıq oldu

Sahibkarlar Konfederasiyası və Kredit İttifaqı rəhbəri Namık Ev hücuma məruz qalıb.

32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə ötən gün baş verib.

Belə ki, konfederasiyanın binası qarşısında dayanan sərxoş şəxs, telefonla danışan Namık Evin üstünə qaçaraq, onu yumruqlamağa başlayıb. Konfederasiya rəhbəri başından və sinəsindən aldığı yumruq zərbəsindən sonra yerə yıxılıb. Ətrafdakı insanların müdaxiləsindən sonra hücumu həyatan keçirən Ertan E. hadisə yerindən uzaqlaşıb.

Namık Ev ilkin müdaxilənin ardınca xəstəxanaya aparılıb. Hazırda vəziyyətinin yaxşı olduğu bildirilir.

Polisin axtarışlarından sonra hadisə yerindən qaçan Ertan E. tutularaq həbs edilib.

Qeyd edək ki, Namık Evlə Ertan E. arasında düşmənçilik münasibətlərinin olduğu ortaya çıxıb.

Nurlan

Oxşar Xəbərlər