İndoneziyada dəhşətli hadisə baş verib.
32gun.az xarici KİV-ə istinadən bildirir ki, təbiət qoynuna səyahət edən 5 nəfərlik ailə Sedudo şəlaləsində suya girən zaman torpaq sürüşməsi baş verib. Sürüşmə nəticəsində onların üzərinə ağac aşıb.
Dəhşətli hadisədə ailə üzvlərindən 49 yaşlı Aqus Setiavan ölüb, 4 ailə üzvü isə yaralanıb. Hadisənin baş verdiyi şəlaləyə giriş bağlanıb. Olayla bağlı araşdırma başladılıb.
Ayxan