SOSIAL ÖZ XƏBƏR

Azəriqaz bu şirkəti məhkəməyə verdi

"Azəriqaz" İstehsalat Birliyi "Zirə Broyler" MMC-ni məhkəməyə verib.

32gun.az-ın əldə etdiyi məlumata görə, Həlimə Alıyevanın sədrlik etdiyi işə Sumqayıt Kommersiya Məhkəməsində baxılacaq.

Əlavə edək ki, məhkəmə işinin mahiyyəti bundan ibarətdir: Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi.

Bildirək ki, nizamnamə kapitalı 50 AZN olan şirkətin ("Zirə Broyler" MMC) qanuni təmsilçisi, Anar Pənahlıyev Fikrət oğludur. 06.12.2006-cı ildə dövlət qeydiyyatına alınan şirkətin hüquqi ünvanı Bakı şəhəri Səbail rayonu, Tərlan Əliyarbəyov, ev 10, m. 31-dir.

Ayxan

Oxşar Xəbərlər