
Sabirabadda daha bir qəza hadisəsi baş verib.
32gun.az-a daxil olan məlumata görə, axşam saatlarında rayon Polis şöbəsinin yanında "Lada Priora" markalı avtomobillə "VAZ 2107" toqquşub.
Hadisə zamanı "VAZ 2107"nin sürücüsü dünyasını dəyişib, digər avtomobilin sürücüsü isə ağır xəsarət aldığı üçün paytaxtdakı xəstəxanaların birinə gətirilib.
Saytımıza verilən məlumatda bildirilir ki, dünyasını dəyişən "VAZ 2107"nin sürcüsü, Tamerlan adlı şəxsdir. O bir neç gün öncə nişanlanıbmış.
Ayxan