
Xəbər verdiyimiz kimi, Xizək akrobatikası üzrə 2021-ci il dünya çempionu rusiyalı Pavel Krotov 30 yaşında vəfat edib.
32gun.az xəbər verir ki, idmançının ölüm səbəbi məlum olub. Bu barədə Rusiya millisinin baş məşqçisi Aleksandr Pongilski bildirib.
Onun sözlərinə görə, Pavel Krotov beyninə qan sızması nəticəsində dünyasını dəyişib.
Qeyd edək ki, P.Krotov Rusiya milli komandasının tərkibində 2014 və 2018-ci il Olimpiya Oyunlarında iştirak edib.
Nurlan Şiraliyev