İDMAN ÖZ XƏBƏR

Zabit Səmədov fanatlarının "hücum"una məruz qaldı - Video

Xəbər verdiyimiz kimi, dünən Bakıda Türkiyənin “Qalatasaray” klubu ilə “Qarabağ” komandası arasında xeyriyyə matçı keçirilib.

2:1 hesabı ilə "Qalatasaray" klubunun qələbəsi ilə başa çatan matçı tribunadan izləyənlər arasında "K1" ulduzu , kikboksçu Zabit Səmədov da olub.

32gun.az bildirir ki,  məşhur idman ulduzu fanat ordusunun "hücum"una məruz qalıb.

Belə ki, idmançı ilə şəkil çəkdirmək üçün fanatları sıraya düzülüb izdiham yaradıb.

Həmin anın görüntülərini Z.Səmədov öz "instaqram" səhifəsində paylaşıb.

Ayxan

Oxşar Xəbərlər