Meliorasiya və Su Təsərrüfatı ASC-nin tabeliyində olan Sumqayıt Melioservis İdarəsinin dövlətə külli miqdarda vergi borcunun olması və iki tenderdə qalib seçilməsi barədə xəbər vermidik.
Adıçəkilən idarənin külli külli miqdarda olmasına baxmayaraq növbəti dəfə tenderin qalibi olub.
32gun.az-ın məlumatına görə, hazırki vergi borcu 193 min manat (193092.03AZN) olan idarə bu dəfə Quba suvarma sistemləri idarəsinin elan etdiyi Suvarma kanallarının lildən təmizlənməsi,daşqın və selə qarşı mübarizə üçün çay məcralarının tənzimlənməsi üzrə tenderdə qalib olub.
Bu tender üçün üçün qalibə 92.004,6 AZN ödəniləcək.
Qeyd edək ki, İyunun əvvəlində idarənin bu günə olan vergi borcu 250 min AZN-dən çox (258109.92 AZN) olduğunu qeyd etmişdik. Beləliklə, Meliorasiya və Su Təsərrüfatı ASC-nin tabeliyində olan Sumqayıt Melioservis İdarəsi vergiyə olan borcunun cəmi 65 min manatını ödəyərək növbəti tenderdə itirak edib və qalib olub.
Xatırladaq ki, “Dövlət satınalmaları haqqında” Qanun vergi borcu olan şirkətlərin, şəxsin tenderdə iştirakını qadağan edir.
Ayxan

***
