Liderinin ölümünə yas tutan muzdlu "Vaqner" döyüşçüləri Priqojini yad edərkən göz yaşlarını saxlaya bilməyiblər.
32gun.az xəbər verir ki, bu barədə məlumatı xarici KİV-lər yayıb.
Məlumata əsasən Sankt-Peterburqda "Vaqner" mərkəzinin qarşısına toplaşan ruslar Priqojinin və qəzada həlak olan 10 nəfərin xatirəsinə şamlar yandırıb, gül qoyublar.
Döyüşçülərdən biri Novosibirskdəki xatirə abidəsinə qoyulmuş fotoşəkillər qarşısında diz çökərək ağlayıb.
Həmin görüntüləri təqdim edirik.
Aysel Şirinova