DÜNYA ÖZ XƏBƏR

FETÖ, PKK və İŞİDƏ qarşı əməliyyat - SAXLANILANLAR VAR

Türkiyənin Mərsin şəhərində silahlı terror təşkilatı İŞİD, PKK/KCK və FETÖ-yə qarşı keçirilən 3 ayrı əməliyyatda şübhəli bilinən 4 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.

32gun.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Məlumata əsasən şübhəlilərin tutulması üzrə keçirilən əməliyyatda 110 polis əməkdaşı iştirak edib. 

Əməliyyat çərçivəsində pilotsuz təyyarələrlə havadan dəstək verilib. Dəmir qapıları sındırılan evlərə daxil olaraq axtarış aparan qruplar barələrində həbs qətimkan tədbiri seçilən 4 nəfəri saxlayıb.

Saxlanılan şübhəlilər sağlamlıqları yoxlanıldıqdan sonra dindirilmək üçün polis bölməsinə aparılıb.

Aysel Şirinova

Oxşar Xəbərlər