Azərbaycan İdman Akademiyasının elmi məqaləsi nüfuzlu jurnalda dərc olunub
Azərbaycan İdman Akademiyasının Elmi-tədqiqat mərkəzinin tədqiqat işləri üzrə koordinatoru Fərhad Cəlalovun Türkiyə və Rumıniyadan olan əcnəbi tədqiqatçılarla həmmüəllif olduğu elmi məqalə nüfuzlu beynəlxalq jurnalda dərc olunub.
Belə ki, “Elit sərbəst güləşçilərdə şaquli sıçrayış performansının proqnozlaşdırılmasında çox oynaqlı izokinetik qüvvə profili: Kəsişən əsas komponentlər analizi” (“Multi-joint isokinetic strength profiling as a predictor of vertical jump performance in elite freestyle wrestlers: A cross-sectional principal component analysis”) adlı məqalə Medicine jurnalında nəşr edilib.
Bu elmi nailiyyət Prezident İlham Əliyevin elm və təhsilin vəhdətinə dair müəyyən etdiyi dövlət siyasətinə uyğun olaraq Akademiyada elmi tədqiqatların gücləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlərin nəticəsidir.
Qeyd edək ki, Medicine jurnalı Web of Science, Scopus və digər nüfuzlu beynəlxalq elmi bazalarda indekslənir və Q2 kvartilində yer alır.
Məqalə ilə tanış olmaq üçün keçid: https://journals.lww.com/md-journal/fulltext/2026/01090/multi_joint_isokinetic_strength_profiling_as_a.33.aspx