ÖZ XƏBƏR
Laçın şəhidi İmaməli İbrahimovun ürəkdağlayan son fotosu
Vətən müharibəsinin qəhrəmanlarından olan şəhid İmaməli İbrahimovun fotosu paylaşılıb
32gun.az xəbər verir ki, İ.İbrahimovun döyüş meydanında çəkilmiş son fotosu sosial şəbəkələrdə paylaşılaraq hər kəsi duyğulandırıb.
Məğrur duruşu ilə diqqət çəkən qəhrəmanımız, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən gərgin döyüşlərdə fəal iştirak edib. O, strateji əhəmiyyətli Laçın rayonu istiqamətində gedən qanlı döyüşlər zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Bu foto həm xalqımızın kədərini, həm də şəhidimizin sarsılmaz iradəsini bir daha hər kəsə nümayiş etdirib. Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Ayaz