ÖZ XƏBƏR

"Dədə Qorqud"un Banuçiçəyi illər sonra: Dinara Yusifovanın viral olan FOTOSU

"Dədə Qorqud" filmində Turalın sevgilisi Banuçiçək obrazı ilə tanınan aktrisa Dinara Yusifovanın illər öncə çəkilmiş fotosu sosial mediada böyük maraq doğurub.

32gun.az yazır ki , Bu yaxınlarda 68 yaşını qeyd edən Qəbələ təvəllüdlü aktrisa, uzun illər "Azərbaycanfilm" kinostudiyasının unudulmaz simalarından biri olub. Onunla bağlı ən maraqlı məqam isə ekran əsərində nişanlısı rolunu canlandıran Fərhad Yusifovun real həyatda onun doğma qardaşı olmasıdır. Hazırda qardaşı Kanadada yaşasa da, hər iki sənətçinin yaratdığı obrazlar Azərbaycan kino tarixinin qızıl fonduna həkk olunub. Aktrisa həmçinin "Arxadan vurulan zərbə" kimi klassik filmlərdəki çıxışı ilə də tamaşaçıların yaddaşında dərin iz qoyub.

Ayaz 

Oxşar Xəbərlər