Liviyada daşqın fəlakəti səbəbindən ibtidai və orta təhsil müəssisələrində təhsilin 10 gün müddətinə dayandırıldığı açıqlanıb.
32gun.az xəbər verir ki, bu barədə baş naziri Əbdülhəmid ed-Dibeybe məlumat yayıb.
Bu bölgələrdəki tələbələrin təhsilə qayıtması üçün Təhsil Nazirliyinə plan hazırlamağı tapşırdığını deyən Dibeybe təhsil üçün müvəqqəti mərkəzlərin yaradılacağını da qeyd edib.
Qeyd edək ki, daşqınlar nəticəsində ölənlərin sayı 8 mini ötüb.
Aysel Şirinova