Tayvanın ətrafında Çinin 63 təyyarəsi və 10 gəmi görünüb.
32gun.az xəbər verir ki, bu barədə Tayvanın Müdafiə Nazirliyi “X”də (keçmiş “Twitter”) məlumat yayıb.
Məlumata əsasən dünən axşamdan səhər saatlarına qədər Tayvan boğazında 68 Çin hərbi təyyarəsi və 10 döyüş gəmisi qeydə alınıb.
Onlar Tayvan boğazının median xəttini keçərək adanın hava hücumundan müdafiə sisteminin identifikasiyası zonasına daxil olub.
Qeyd edək ki, aşkar edilən sursatlar 4 ədəd "SU-30" və 12 ədəd "J-10" tipli döyüş təyyarəsi, 16 ədəd "J-16" tipli, 2 ədəd "KJ-500" tipli döyüş təyyarəsi, 2 ədəd "Y-9" tipli hərbi-nəqliyyat təyyarəsi, 3 ədəd "Y-20" tipli yanacaqdoldurma təyyarəsi və "BZK-005" tipli pilotsuz uçuş aparatı olub.
Aysel Şirinova