Mərakeş şəhəri yaxınlığında 4,8 bal gücündə zəlzələ baş verib.
32gun.az xəbər verir ki, bu barədə Mərakeş Geologiya İnstitutundan açıqlama verilib.
Açıqlamaya görə, yerli vaxtla saat 06.53-də baş verən zəlzələnin episentri Əl-Huz bölgəsinin İqlil şəhəri olub.
Qeyd edək ki, Mərakeşdə sentyabrın 8-də baş verən 6,9 bal gücündə zəlzələ nəticəsində indiyədək 2 min 946 nəfər ölüb, 5 min 674 nəfər yaralanıb.
Aysel Şirinova