"Qalatasaray" Oğulcan Çağlayanla yollarını ayırıb.
32gun.az xəbər verir ki, bu barədə komanda rəsmi açıqlama verib.
Açıqlamada, "Qalatasaray forması ilə göstərdiyi səylərə və töhfələrə görə Oğulcan Çağlayana təşəkkür edir və gələcək karyerasında uğurlar arzulayırıq!", deyə bildirilib.
Məlumata əsasən 27 yaşlı futbolçunun yeni ünvanı "Qaziantep FK" olacaq.
Qeyd edək ki, Oğulcan "Qalatasaray"a 2020-ci ildə transfer olmuşdu.
Aysel Şirinova