Rusiyada vatsapa giriş bloklana bilər.
32gun.az xəbər verir ki, bu barədə Rusiya Federal İnformasiya Texnologiyaları və Kütləvi Rabitə Nəzarəti Agentliyi (Roskomnadzor) məlumat yayıb.
Bildirilib ki, yeni açılan kanallara qeyri-qanuni məlumatlar daxil olarsa, vatsapa giriş bloklana bilər.
Roskomnadzor tərəfindən edilən yazılı açıqlamada vatsapın bəzi ölkələrdə açdığı “Kanallar” xüsusiyyəti ilə bağlı qiymətləndirmələrə yer verilib.
Həmçinin, Rusiya qanunlarının bütün şirkətlərə şamil olduğu bildirilib:
“Bura rus istifadəçilərini hədəf alan mesajlaşma proqramları və sosial media şəbəkələri daxildir. Qadağan olunmuş məlumatları ehtiva edən düşmən kanalların meydana çıxması onların dərhal silinməsi tələbi ilə nəticələnəcək və bunu etməmək proqramın bloklanması səbəb olacaq”, açıqlamada bildirilib.
Bəyanatda Rusiya qurumlarına və ayrı-ayrı şəxslərə də yerli təcrübələrə keçmələri tövsiyə olunub.
Aysel Şirinova