DÜNYA ÖZ XƏBƏR

Polis İdarəsində DƏHŞƏT: Polis iş yoldaşını güllələdi

Kayseridə dəhşətli hadisə baş verib.

32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, Kayseri Polis İdarəsində polis məmuru Şükrü K. ilə ədavətdə olduğu eyni pansiyondan qonşusu, idarənin texniki isçisi Süleyman S. arasında mübahisə düşüb.

 Mübahisə zamanı Şükrü K xidməti tapançası ilə Süleyman S-ə atəş açıb.
Hadisə yerinə təcilo yardım  sövq edilib. Səhiyyə əməkdaşları bədəninin müxtəlif nahiyələrinə güllə dəymiş Süleyman S.-nin həyatını itirdiyini müəyyən edib. Süleyman S.-nin cansız bədəni yarılma üçün Kayseri Dövlət Xəstəxanasının meyitxanasına aparılıb. Hadisənin ardından Şükrü K. polislər  tərəfindən saxlanılıb.

Ayxan

Oxşar Xəbərlər