Venesuelanın Falcon əyalətində məcburi eniş edən kiçik təyyarədə axtarışlar zamanı 455 kiloqram kokain aşkar edilib.
32gun.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Məlumata əsasən Bolivar Milli Silahlı Qüvvələri (FANB) kiçik təyyarənin gizli bölməsində 455 kiloqram kokain ələ keçirildiyini bildirib.
Pilotların braziliyalı olduğu deyilən açıqlamada, 2 Braziliya vətəndaşının nəzarətə alındığı və istintaqın davam etdiyi qeyd edilib.
Aysel Şirinova