DÜNYA ÖZ XƏBƏR

Tayvan İlon Maskın iddialarına CAVAB VERDİ

Amerikalı milyarder İlon Mask özünü idarə edən Tayvan adasını “Çinin ayrılmaz hissəsi” adlandırıb.

32gun.az xəbər verir ki, Maskın Kaliforniyada keçirilən All-in sammitində onlayn iştirakı zamanı dediyi fikirə Tayvandan reaksiya gecikməyib. Belə ki, Dövlət katibi Cozef Vu Maska məxsus sosial media platforması olan X-də (keçmiş Twitter) məsələ ilə bağlı paylaşım edib.

“Qulaq asın, Tayvan ÇXR-in (Çin Xalq Respublikası) bir hissəsi deyil və o, qətiyyən satılmır!", deyə paylaşımda bildirib.

Xatırladaq ki, bu İlon Maskın Tayvanı qəzəbləndirən ilk çıxışı deyil.

Bənzər hadisə 2022-ci ilin oktyabr ayında da yaşanıb.

Aysel Şirinova

 

 

Oxşar Xəbərlər