Ədirnədə qeyri-qanuni yollarla Yunanıstana qaçmağa cəhd edən terror təşkilatlarının 23 üzvü saxlanılıb.
32gun.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə şübhəlilərdən 20-nin FETÖ, 2-nin PKK, 1-nin isə İŞİD-ə üzv olduqları üçün axtarışda olduqları müəyyən edilib.
Bildirilib ki, terroçular İl Jandarma Komandanlığı qrupları və 54-cü Mexanikləşdirilmiş Piyada Briqada Komandanlığına bağlı sərhəd bölmələri tərəfindən 1-ci dərəcəli hərbi məhdudiyyətli yoxlamalar zamanı yaxalanıblar.
Saxlanılan şübhəlilər haqqında əməliyyat araşdırmaları davam edir.
Aysel Şirinova