Ukrayna prezidenti Zelenski və xanımı Yelena Zelenska BMT Baş Assambleyasının 78-ci iclasında iştirak etmək üçün ABŞ-ın Nyu-York şəhərinə gediblər.
32gun.az-ın xarici KİV-lərə istinadən verdiyi xəbərə görə ABŞ-a səfəri çərçivəsində prezident ilk olaraq Staten Island Universitetinin xəstəxanasında müalicə alan ukraynalı əsgərlərə baş çəkib.
Ukrayna əsgərlərinə təşəkkür edən Zelenski, “ABŞ səfərimə ən önəmlisi ilə başladım, Staten Island Universiteti Xəstəxanasında yaralı döyüşçülərimizlə görüşdüm. Onların hamısına xidmətlərinə görə təşəkkür etdim və tezliklə sağalmalarını arzuladım. Tibb işçilərinə və “Xeyirxah əməllər” fonduna da təşəkkür etdim və mükafatlandırdım”, - deyə o, bildirib.
Aysel Şirinova